Finss.az - “Azera Holdinq” MMC-nin aqrar sahədə fəaliyyət göstərən törəmə şirkəti “Binə Aqro” QSC-də direktor dəyişikliyi olub.
Banker.az xəbər verir ki, şirkətin yeni direktoru Adil Süleymanzadə Süleyman oğlu təyin edilib. O, bu vəzifədə Həsən Əliyev Bəyəndur oğlunu əvəz edib.
Qeyd edək ki, “Binə Aqro” QSC 2015-ci ildə yaradılıb və onun nizamnamə kapitalı 164 min manat təşkil edir. Şirkət “Azera Holdinq” MMC-yə məxsusdur.
Şirkətin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsalı və ixracıdır. “Binə Aqro”nun məhsulları Rusiya, Baltikyanı ölkələr, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ kimi xarici bazarlara ixrac olunur.