Cəmiyyət

07 İyul

Yarımildə 229 min şəxs məşğulluq tədbirlərinə cəlb olunub

Finss.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin ilk altı ayında 229,5 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirlikdən verilən məlumata görə, bu şəxslərdən:

  • 74 min nəfər daimi və müvəqqəti işlə təmin olunub,

  • 9,8 min nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaratmaq imkanı əldə edib,

  • 6,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib,

  • 139,6 min nəfərə isə peşəyönümü xidmətləri göstərilib.