Finss.az - İyulun 4-də Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək məqsədilə Füzuli rayonuna səfər edib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Tacikistan Prezidentini burada Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.