Cəmiyyət

30 İyun

Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiymətləri tənzimləndi

Finss.az - Bu gün keçirilən Tarif (Qiymət) Şurasının növbəti iclasında Azərbaycanda dərman vasitələrinin qiymətlərinə dair yeni qərar qəbul edilib.

Qərara əsasən, dövlət qeydiyyatına yeni alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb. Eyni zamanda, etibarlı dərman təchizatının təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətində Tarif Şurasının və Nazirlər Kabinetinin müvafiq qərar və təlimatlarına uyğun dəyişikliklər edilib.

Qiymətləri tənzimlənən dərman vasitələrinin tam siyahısı, ticarət adı, farmasevtik forması, təsiredici maddəsi, dozası, ticarət qablaşdırması, miqdarı və istehsal ölkəsi ilə birlikdə Tarif Şurasının rəsmi saytında – www.tariff.gov.az – yerləşdirilib.

Qəbul edilən qərar 7 iyul 2025-ci ildən qüvvəyə minəcək.