Cəmiyyət

27 May

Azərbaycanın 9-cu hava limanı istismara hazır vəziyyətində - Laçın aeroportundan EKSKLÜZİV GÖRÜNTÜLƏR

AzTV işğaldan azad olan ərazilərdə sayca 3-cü beynəlxalq hava limanından birbaşa bağlantı təqdim edib.
 
Finss.az xəbər verir ki, söhbət Laçın Beynəlxalq Hava Limanından gedir.

2021-ci ildə inşasına başlanılan hava limanı artıq istismara tam hazırdır.

Qeyd edək ki, Laçın hava limanı Laçın Rayon Mərkəzindən 30, Şuşadan 70, Kəlbəcərdən isə 60 km uzaqlıqda yerləşir.

Laçın Beynəlxalq Hava Limanı 3000 metr uzunluğu, 60 metr enində uçuş enmə zolağı ilə təchiz edilib.

Laçın aeroportunun son görüntülərini linkə keçid edərək izləyə bilərsiniz:

Fuad Mədətov
Finss.az