Finss.az - 2025-ci ilin yanvar-mart aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,0 faiz artaraq 1083,8 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni zamanda, 2025-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri nominal ifadədə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 26,3 milyard manata çatıb.