Cəmiyyət

08 May

Bakıda bir sıra şadlıq sarayları və restoranlar cərimələndi

Finss.az - Bakıda fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyekti havaya normadan artıq tullantı atdığına görə cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində aparılan yoxlamalar zamanı hava çirkləndirən obyektlər aşkar edilib.

Monitorinq nəticəsində “Ağ Saray”, “Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq sarayları, həmçinin “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarının atmosferə normadan artıq tullantı atdığı müəyyən olunub.

Nazirliyin mətbuat katibi İradə İbrahimovanın verdiyi məlumata görə, faktlarla bağlı obyektlərin məsul şəxsləri barəsində protokollar tərtib olunub. Qanunvericiliyə uyğun olaraq hər biri 2500 manat məbləğində cərimələnib.

Qeyd edək ki, ETSN ictimai-iaşə obyektlərinin ətraf mühitə mənfi təsirlərinin minimuma endirilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirəcək.