Finss.az - "PASHA Holding" MMC-nin strukturuna daxil olan "PASHA Management Company" MMC-də yeni təyinat həyata keçirilib.
Fərid Cəfərov şirkətin Strategiya Direktoru vəzifəsinə təyin olunub.
Fərid Cəfərov, 2024-cü ilin yanvar ayından 2025-ci ilin aprel ayına qədər "PASHA Holding" MMC-nin Baş direktor müavininin müşaviri vəzifəsində çalışıb. O, həmçinin, PMD Group MMC, Unibank və Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə təcrübə qazanıb.
Yeni təyinatla əlaqədar olaraq, Fərid Cəfərovun "PASHA Management Company" MMC-nin strateji yönündəki fəaliyyəti və şirkətin gələcək inkişafına böyük töhfələr verəcəyi gözlənilir.
© Banker.az