Finss.az - Bu ilin yanvar-mart aylarında ölkə üzrə 122,2 min hektar sahədə və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin ilk rübündə 5 076,4 hektar sahədə qarğıdalı əkilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 70 faiz üstələyir.
Hesabat dövründə vələmirin əkin sahəsi 16,9 faiz artırılaraq 5 924,8 hektara, şəkər çuğundurunun əkin sahəsi 15,7 faiz artırılaraq 1 564,9 hektara çatdırılıb.
Bununla yanaşı, 3 891,4 hektarda bostan bitkiləri əkilib ki, bu da ötən ilin ilk rübünün göstəricisindən 12,1 faiz çoxdur.