Cəmiyyət

21 Aprel

Kənd Təsərrüfatı Nazirliyi baş mühasib vəzifəsi üzrə vakansiya elan edib

Finss.az - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən qurumlara baş mühasib vəzifəsinə işçi qəbulu elan edib.

Vakansiya üzrə son müraciət tarixi 21 may 2025-dir.

Vəzifənin əsas məqsədi mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili, büdcə vəsaitlərinin düzgün istifadəsinə nəzarət, maliyyə və rəsmi hesabatların hazırlanması və təqdim edilməsindən ibarətdir.

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun mövcud qanunvericiliyə əsasən təşkili;

  • Büdcə vəsaitlərinin düzgün uçotu və istifadəsinə nəzarət;

  • Maliyyə və büdcə hesabatlarının hazırlanması;

  • Vergi, DSMF və digər rəsmi hesabatların təqdim edilməsi;

  • Audit yoxlamalarına dair sənədlərin hazırlanması;

  • Sənədlərin düzgün arxivləşdirilməsi;

  • Mühasibatlıq heyətinin idarə olunması və daxili nəzarətin həyata keçirilməsi;

  • Elektron hesabat sistemlərində işləmək bacarığı (BTP, E-gov və s.).

Namizədlərə dair tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;

  • Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (azı 2 ili rəhbər vəzifədə);

  • PMS (Peşəkar Mühasibat Sertifikatı)mütləqdir;

  • Vergi və maliyyə qanunvericiliyi üzrə biliklər;

  • 1C və digər mühasibat proqramlarında peşəkar bacarıq;

  • Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət hissi;

  • Dövlət sektorunda təcrübə və beynəlxalq sertifikatlar (ACCA, CPA və s.) üstünlükdür.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.