Cəmiyyət

01 Aprel

Gömrük xətti ilə büdcə daxilolmaları 6 faizdən çox artıb

Finss.az - Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 6,1 faiz çoxdur.

Komitənin göstəricilərinə əsasən, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 269,7 milyon (+7,4 faiz), ƏDV üzrə - 682,1 milyon manat (+5,1 faiz), aksizlər üzrə - 38,7 milyon manat (+14,8 faiz), yol vergisi üzrə isə 7 milyon manat (+5,5 faiz) təşkil edib.