Ötən il ərzində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdam, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Şuşa-Laçın, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Toğanalı-Kəlbəcər-İstisu avtomobil yollarının inşası aparılıb, ümumi uzunluğu 3032,4 km təşkil edən 35 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri yerinə yetirilib, o cümlədən respublika əhəmiyyətli 875,4 km və yerli əhəmiyyətli 2157,0 km yol salınıb.
Finss.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Dövlət Proqramına uyğun olaraq 2024-cü il ərzində işğaldan azad olunmuş ərazilərdə 7 kəndə gedən avtomobil yollarının və 4 rayonlararası avtomobil yollarının da tikintisi işləri həyata keçirilib. O cümlədən:
-Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolunun tikintisi - (2,8 km, 2 hərəkət zolaqlı, icra 97,0%);
-Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolunun tikintisi - (3,0 km, 2 hərəkət zolaqlı, icra 38,0%);
-Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolunun tikintisi - (0,3 km, 2 hərəkət zolaqlı, icra 10,0%);
Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolunun tikintisi - (0,2 km. 2 hərəkət zolaqlı, icra 10,0%);
- Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - (0,5 km, 2 hərəkət zolaqlı, icra 10.0%);
- Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolunun tikintisi (1,0 km, 2 hərəkət zolaqlı, icra 35,0%);
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü km-Umudlu- (10,2 km, 2 hərəkət zolaqlı, icra 85,0%);
Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam avtomobil yolunun tikintisi (icra 30,0%);
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi (24 km hissəsi texniki dərəcəli, icra 56,0%);
Bərdə-Ağdam (40km)-Əsgəran avtomobil yolunun tikintisi (icra 8,0%);
-Tərtər-Ağdərə avtomobil yolunun yenidən qurulması (icra 28,0%);
- M-6 (197 km)-Şəfəq stansiyası avtomobil yolunun tikintisi (11,5 km, 2 hərəkət zolaqlı.
Bundan əlavə, 7 şəhərin (Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının layihələndirilməsi və tikintisi işləri aparılmış, o cümlədən Şuşa şəhərində (52 km, I mərhələ 15,8 km) 1-ci mərhələnin icrası 20,0%, müvafiq olaraq Ağdam şəhərində (189,7 km, I mərhələ 58,7 km) 70,0%, Qubadlı şəhərində (74,0 km, İ mərhələ 24,0 km) 8,0%, Zəngilan şəhərində (32,0 km, I mərhələ 15,8 km) 10%, Kəlbəcər şəhərində (26,5 km, I mərhələ 18,9 km) 25%, Cəbrayıl şəhərində (44,5 km, I mərhələ, 24,0 km) 97,0% və Füzuli şəhərində (84,7 km, I mərhələ 18,5 km) 24,0% təşkil edib.