Cəmiyyət

23 Mart

Finlandiyada pivə zavodlarında etiraz aksiyası

Finss.az - Bazar günü, Finlandiyanın üç ən böyük pivə zavodunun işçiləri etiraz aksiyası keçirəcək.

Finlandiya Qida Sənayesi İşçiləri İttifaqı (SEL) cümə günü əmək münaqişəsinin həlli ilə bağlı təklifə müsbət cavab verməyib, bunun nəticəsində aksiyanın başlanacağı bildirilib.

Etiraz aksiyası, Hartwall, Olvi və Sinebrychoff pivə zavodlarını əhatə edəcək. Bu zavodlar, finlər arasında ən populyar pivə markaları və spirtsiz içkiləri istehsal edir. Aksiya həmçinin Helsinkidəki Hartwall anbarını və Kərevədəki Sinebrychoff avadanlıq xidmətini də kapsayacaq.

İttifaq, işçilərin maaşlarının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir. Protestdə təxminən 1000 işçinin iştirak edəcəyi gözlənilir. Aksiyalar bazar günü axşam saatlarından başlayacaq və 28 martda saat 21:00-a qədər davam edəcək.

Bundan əlavə, ayın sonunda Finlandiyada başqa bir etiraz aksiyası gözlənilir, bu dəfə etiraz çörək zavodlarını əhatə edəcək.