Cəmiyyət

19 Mart

İlin ilk ayında əhaliyə 2,2 milyard manatlıq ödənişli xidmət göstərilib

Finss.az - 2025-ci ilin yanvar-fevral aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 faiz artaraq 2 202,4 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 1672,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 215,3 manatlıq və ya 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə nominal ifadədə 32,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.