Cəmiyyət

18 Mart

“Ölkənin ən böyük elektrik stansiyası istismara verilməyə hazırlanır”

Finss.az - 2023-cü ilin fevralında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 1280 meqavatlıq yeni elektrik stansiyası “AzərEnerji” tərəfindən tamamlanmaqdadır.

Bu stansiya, qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük enerji obyektidir və ölkədəki digər istilik elektrik stansiyaları arasında ən az qaz yandıran olacaq. Stansiyanın 4 turbin və generatorundan 3-ü artıq test edilərək qoşulub, biri isə yaxın zamanda işə salınacaq.

Yeni elektrik stansiyasının istismarı və idarə olunması üçün yerli kadr hazırlığı davam edir. Stansiyanın avadanlıqları İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri tərəfindən istehsal edildiyindən, son 2 ildə mütəxəssislər əyani kurslarda iştirak ediblər. Hazırda İtaliyanın “Ansaldo Energia” şirkətinin nümayəndələri tərəfindən stansiyanın işçiləri üçün “Util Qazan təlim proqramı” üzrə kadr hazırlığı proqramı keçirilir. Bu kurslara “Azərenerji” ASC-nin 130 əməkdaşı cəlb olunub.

Yanvar ayında isə Çinin “Dongfang” şirkəti tərəfindən belə bir təlim kursu təşkil edilib, təlimçilər müəyyən proqramlar üzrə mütəxəssislərə bilik və bacarıqlarını artırıblar.