Cəmiyyət

14 Mart

MİDA 2024-cü ildə 470 güzəştli mənzil satıb

Finss.az - 2024-cü ildə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən 470 güzəştli mənzilin alışı üçün 28,8 milyon manat ipoteka krediti verilib.

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda məlumat verilib.

Ümumilikdə, 2018-ci ildən etibarən 4 885 şəxsə 238,4 milyon manat güzəştli ipoteka krediti, 82 şəxsə isə 3,6 milyon manat adi ipoteka krediti verilib. MİDA-nın sərəncamındakı mənzillərin təxminən 80%-i güzəştli ipoteka krediti vasitəsilə satılıb.

Hesabata əsasən, 2006-2024-cü illərdə verilən ipoteka kreditlərinin 67%-ni gənclər və gənc ailələr, 22%-ni isə regionlar əldə edib.