Cəmiyyət

04 Mart

Bakı Mərkəzi Baltik biznes forumuna ev sahibliyi edəcək

Finss.az - Bu ilin oktyabr ayında Azərbaycanda Mərkəzi Baltik regional biznes forumu keçiriləcək.

Bu barədə Latviyanın Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri üzrə departament direktoru Liqa Siçeva məlumat verib.

Forum "LEF Network Azerbaijan" çərçivəsində təşkil olunacaq və layihənin Azərbaycandakı son tədbiri olacaq. Liqa Siçevanın sözlərinə görə, oktyabrda Bakıda baş tutacaq forum genişmiqyaslı olacaq və müxtəlif ölkələrdən biznes nümayəndələrini bir araya gətirəcək.

Bundan əlavə, L. Siçeva qeyd edib ki, bu il Estoniya və Finlandiyada da iki səfər missiyası və iki biznes forumu keçiriləcək. "Beləliklə, bu il üçün proqram kifayət qədər zəngindir və ümid edirik ki, əla nəticələr verəcək", - deyə o əlavə edib.

Forumun əsas məqsədi Azərbaycan və Mərkəzi Baltik regionu arasında iqtisadi əlaqələri genişləndirmək və yeni biznes imkanları yaratmaqdır.