Cəmiyyət

26 Fevral

Avtomobil nəqliyyatı sərnişin daşıma həcmini artırıb

2024-cü ildə avtomobil nəqliyyatı ən böyük paya sahib olub, ümumilikdə 138,1 milyon sərnişin daşınıb ki, bu da əvvəlki ilə nisbətən 8,4% artım göstərir.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 5,9 milyon nəfər olub, bu da əvvəlki illə müqayisədə 0,5% azalma deməkdir.

Bununla yanaşı, avtobuslardan istifadə edən sərnişinlərin sayı 132,3 milyon nəfər olub və bu, 8,8% artım deməkdir.

Fuad Mədətov
Finss.az