Cəmiyyət

13 Fevral

Xalq Bankdan yeni vakansiya

Finss.az - Xalq Bankın Gəncə filialı Kiçik və Orta Sahibkarlıq (KOS) üzrə Müştəri Təmsilçisi vəzifəsi üçün vakansiya elan edib.

Bu vəzifə çərçivəsində yeni KOS müştərilərinin banka cəlb olunması, mövcud müştəri portfelinin idarə edilməsi və sahibkarlara bank məhsullarının təqdim edilməsi əsas öhdəliklər kimi müəyyən edilib.

Namizədlər üçün aşağıdakı tələblər qoyulub:

  • Maliyyə, menecment və ya iqtisadiyyat üzrə bakalavr təhsili;
  • Azərbaycan dilini mükəmməl bilmə bacarığı;
  • Yüksək ünsiyyət və müştəri xidmətləri bacarıqları.

Vakansiya ilə maraqlananlar daha ətraflı məlumat almaq və müraciət etmək üçün bu linkə keçid edə bilərlər.