Biznes

08 Avqust

KOBİA ilə Çexiya şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Çexiyanın “A-Z Czech Engineering” şirkəti arasında Niyyət Protokolu imzalanıb.

Fins.az xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “A-Z Czech Engineering” şirkətinin təsisçisi Milan Pavlicek imzalayıblar.

Niyyət Protokolu ölkəmizdə alternativ enerjidən istifadədə maraqlı olan tərəflər arasında müvafiq əlaqələndirmə işlərinin aparılması, bu sahədə təlim və təşviqat tədbirlərinin təşkili, Azərbaycanda alternativ enerji sahəsinə investisiyaların və müasir texnologiyaların cəlb edilməsi və müvafiq layihələrdə iştirak üzrə əməkdaşlığı nəzərdə tutur.

Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “A-Z Czech Engineering” şirkətinin təsisçisi Milan Pavlicek arasında ikitərəfli görüş də keçirilib. Görüşdə müvafiq sənəddən irəli gələn məsələlərin icrası, əməkdaşlıq imkanları müzakirə edilib.