Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Pakistanın Baş Auditoru Muhammad Acmal Qondalla dostluq və əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri, eləcə də potensialın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.
Fins.az xəbər verir ki, qurumla Pakistanın Baş Auditor Ofisi arasında Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib. Sənədi hər iki qurumun rəhbəri imzalayıb.
Memorandum mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsini, eyni zamanda audit sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilin edilməsini ehtiva edir.
İmzalanma mərasimindən sonra Pakistan Baş Auditor Ofisinin nümayəndəsi Hesablama Palatasının maliyyə hesabatlarının auditinin nəticələri barədə təqdimatla çıxış edib.