Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 480,7 milyon manatlıq metal filizləri hasil edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, metal filizlərinin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 260,3 milyon manat yüksəlib. 2024-cü ilin ilk 9 ayında Azərbaycanda metal filizlərinin 220,4 milyon manatlıq hasilatı qeydə alınmışdı.
Qeyd olunur ki, bu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,8 milyard manat təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% azalma deməkdir.
Fuad Mədətov
Finss.az
