2025-ci ilin ilk üç rübündə “Şahdəniz” yatağında fəaliyyətlərə təxminən 1,836 milyard dollar əməliyyat xərci və 756 milyon dollar əsaslı xərclər sərf olunub. Xərclərin böyük hissəsi Şahdəniz 2 layihəsinə aid olub.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 3,1 faiz, əsaslı xərclər isə 29,9 faiz artıb. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 1,780 milyard dollar və 582 milyon dollar təşkil etmişdi.
Üçüncü rüb ərzində Şahdəniz yatağından qazın Azərbaycan (SOCAR), Gürcüstan (GOGC) və Türkiyə (BOTAŞ) bazarlarına, eləcə də BTC və Avropadakı alıcılara çatdırılması davam edib.
Şahdəniz layihəsində iştirak payları:
- bp (operator) – 29,99%
- LUKOYL – 19,99%
- TPAO – 19,00%
- Cənub Qaz Dəhlizi – 16,02%
- NİKO – 10,00%
- MVM – 5,00%
Fuad Mədətov
Finss.az
