BİZNES

12 Noyabr

Startap investorları layihələri necə seçir? - Fuad Heydərli

Startap ekosistemində investorların hansı layihələrə dəstək verməsi və seçim meyarları maraq doğurur.

Bu barədə Finss.az-a «Recepta» şirkətinin Baş direktoru Fuad Heydərli danışıb. O, investorların diqqət yetirdiyi əsas kriteriyaları açıqlayıb.

F.Heydərli bildirib ki, investorlar startap layihələrini seçərkən ən vacib meyarlardan biri layihənin təqdimatıdır.

Baş direktor əlavə edib ki, təqdimatdan sonra investorlar layihənin digər aspektlərinə baxırlar:

“Bundan sonra diqqət yetirilən əsas aspektlər layihənin bazardakı payı, rəqiblərin mövcudluğu və ya olmaması, gəlir potensialı və detallı maliyyə planıdır.”

F.Heydərli vurğulayıb ki, maliyyə planının dəqiq və konkret olması investorlar üçün vacibdir:

“Maliyyə planında isə layihənin hansı məbləğlə hansı gəliri əldə edə biləcəyi konkret cədvəllərlə göstərilməlidir.”

Onun sözlərinə görə, investorlar adətən texnologiya, süni intellekt, rəqəmsal ödəniş sistemləri və innovativ xidmət sahələrinə üstünlük verirlər, lakin layihənin təqdimatı və maliyyə planının şəffaflığı bütün sahələrdə önəmli rol oynayır.

Fuad Mədətov
Finss.az