2025-ci ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda orta gündəlik neft hasilatı 327 000 barrel təşkil edib.
Finss.az-ın BP-nin məlumatına əsaəsn xəbəre verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə gündəlik 3,5% azalma deməkdir (2024-cü ildə 339 000 barrel).
Ümumi hasilat təqribən 89 milyon barel (12 milyon ton) təşkil edib.
Platformalar üzrə gündəlik hasilat:
- Çıraq: 21 000 barrel
- Mərkəzi Azəri: 88 000 barrel
- Qərbi Azəri: 75 000 barrel
- Şərqi Azəri: 43 000 barrel
- Dərin Sulu Günəşli: 52 000 barrel
- Qərbi Çıraq: 24 000 barrel
- ACE (Mərkəzi Şərqi Azəri): 24 000 barrel
Quyular və infrastruktur
- 2025-ci ilin sentyabr ayının sonuna 145 hasilat quyusu, 48 suvurucu və 10 qazvurucu quyu fəaliyyət göstərib.
- Hesabat dövründə 6 hasilat quyusu, 4 suvurucu və 1 qazvurucu quyu qazılaraq istismara verilib.
Bu göstəricilər AÇG yataqlar blokunda hasilatın nisbətən stabil qaldığını, lakin illik müqayisədə kiçik azalma qeydə alındığını göstərir.
Fuad Mədətov
Finss.az
