Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Qazaxıstana 70,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya 21% azdır. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan Qazaxıstana 88,9 milyon dollar dəyərində qeyri-neft məhsulu göndərmişdi.
2025-ci ilin ilk doqquz ayında qeyri-neft məhsullarının ixracında əsas istiqamətlər belə olub:
- Rusiya — 33,2%
- Türkiyə — 16,5%
- İsveçrə — 9,4%
- Gürcüstan — 9,2%
- Ukrayna — 5,6%
- BƏƏ — 3%
- Qazaxıstan — 2,7%
- Belarus — 2,1%
- Özbəkistan — 2%
- Türkmənistan — 1,9%
- Digər ölkələr — 14,6%
Ümumilikdə, bu dövrdə Azərbaycan 2,649 milyard dollar dəyərində qeyri-neft məhsulu ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% artım deməkdir.
Fuad Mədətov
Finss.az
