2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Türkiyəyə 435,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir ki, hesabat dövründə ixrac göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 700 min dollar və ya 0,2 faiz artıb.
Təkcə sentyabr ayında Türkiyəyə 41,1 milyon dollar dəyərində qeyri-neft məhsulları göndərilib ki, bu da 2024-cü ilin sentyabr ayına nisbətən 1,5 faiz və ya 600 min dollar çoxdur.
Ümumilikdə, 2025-ci ilin ilk doqquz ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,6 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz artım deməkdir.
Fuad Mədətov
Finss.az
