BİZNES

04 Noyabr

Neft bazarında azalma

Finss.az xəbər verir ki, bazar ertəsi axşamı neft qiymətləri cüzi azalma ilə ticarət olunur.

Moskva vaxtı ilə saat 18:06-ya olan məlumata əsasən, Londonun ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçersləri 1 sent azalaraq barel üçün 64,76 dollar olub. Nyu-York Ticarət Birjasında (NYMEX) isə dekabr ayı üçün WTI markalı neft fyuçersləri 3 sent ucuzlaşaraq 60,95 dollar səviyyəsində qərarlaşıb.

Analitiklər bildirirlər ki, qlobal neft təklifi ilə bağlı artan narahatlıqlar bazar qiymətlərinə təzyiq göstərməkdə davam edir. Beynəlxalq Enerji Agentliyinin (IEA) son proqnozuna görə, gələn il neft təklifi artıqlığı gündə 4 milyon barelə qədər yüksələ bilər.

Oktyabr ayı ərzində hər iki əsas marka — BrentWTI2%-dən çox dəyər itirib. Mütəxəssislər hesab edirlər ki, yaxın aylarda qiymətlər əsasən OPEC+ qərarları, qlobal iqtisadi aktivlikenerji tələbatının dəyişməsi fonunda formalaşacaq.