BİZNES

03 Noyabr

II Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

15 noyabr 2025-ci il tarixində “Admedia”“Facemark” şirkətlərinin təşkilatçılığı ilə Gülüstan Sarayında ölkəmizdə ikinci dəfə keçiriləcək II Təchizat Zənciri Liderləri Zirvəsi Azərbaycanın strateji təchizat sektorunda mühüm dönüş nöqtəsi olmağa hazırlaşır.

Zirvə dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləriqabaqcıl şirkətləri bir araya gətirərək, sahə üzrə aktual tendensiyalar, rəqəmsal transformasiyaidarəetmədə dayanıqlılıq mövzularında fikir mübadiləsi platforması yaradacaq.

Tədbirin məqsədi təchizat zəncirinin idarə edilməsində peşəkarlığın artırılması, innovativ yanaşmaların təşviqidövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsidir. Zirvə çərçivəsində üç əsas panel müzakirəsi keçiriləcək.

Tədbir “Qardaşlar Mebel”in baş sponsorluğu, “Insure.az”, “Karabakh Group”, “UPS Construction”“Başkent” şirkətlərinin sponsorluğu ilə təşkil edilir.

I Panel – Dövlət Satınalmalarında Peşəkarlıq

Moderator: Fərəh Rəhimova – SOCAR Exploration Satınalma və Təchizat Zənciri üzrə meneceri

Spikerlər:

  • Vüsal Xəlilov – “Mobil Group” şirkətlər qrupunun təsisçisi və direktoru, TÜİB-in Logistika və Gömrük Komissiyasının sədri
  • Elşən HəsənovAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Satınalmalarının Təhlili Şöbəsinin müdiri
  • Ramil HüseynovDövlət Xəzinədarlıq Agentliyi, Daxili Nəzarət və Monitorinq Şöbəsinin müdiri
  • Aqil Talıbov“Karabakh Group” şirkətinin Kommersiya və Maliyyə Departamentinin rəhbəri

Paneldə dövlət satınalmalarında şəffaflıq, effektivlik və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

II Panel – Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası

Moderator: İlqar Mehti – “Ekvita” şirkətinin təsisçisi və direktoru

Spikerlər:

  • Berna AkyıldızCILT Türkiye Prezidenti
  • Əmir Vəlibəyov“Pasha Technology” şirkətinin CEO-su
  • Vüsal Şərifov“Vumes” MMC, “Vumart Gross”, “Azeriş” MMC“İlçin” MMC şirkətlərinin rəhbəri
  • Elgün MəhəmmədəlizadəKənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat İdarə Heyətinin sədri

Bu paneldə rəqəmsal alətlərin tətbiqi, süni intellekt və avtomatlaşdırmanın rolu, rəqəmsal inteqrasiyanın biznes proseslərinə təsiri müzakirə olunacaq.

III Panel – Təchizat Zəncirində Risklərin İdarə Edilməsi

Moderator: Cəlalə Allahverdiyeva – İƏT Əmək Mərkəzində İnzibati şöbənin rəhbəri

Spikerlər:

  • Vüqar Ağayev“3Plus” MMC şirkətinin həmtəsisçisi
  • Qəhrəman Abbasov“Pasha Management Company”nin Satınalma üzrə Qrup Meneceri
  • Elçin Əzimovbp şirkətinin Satınalmalar üzrə Baş Meneceri
  • Mətin XəlilliSOCAR Türkiye Satınalma və Təchizat Zəncirinin rəhbəri
  • Anar AdilzadəVeysəloğlu Şirkətlər Qrupu, Araz Supermarket MMC Logistika direktoru, idarə heyətinin üzvü

Panel zamanı risklərin minimallaşdırılması, davamlı təchizat modelləriböhran dövrlərində idarəetmə strategiyaları kimi mövzular gündəmə gətiriləcək.

II Təchizat Zənciri Liderləri Zirvəsi ölkəmizdə təchizat və logistika sektorunun inkişafına töhfə verməklə yanaşı, beynəlxalq təcrübənin paylaşılması, yeni tərəfdaşlıqların qurulmasıinnovativ yanaşmaların təşviqi üçün mühüm platforma rolunu oynayacaq.

Tədbirdə iştirak edərək təchizat və logistika sahəsində ən son trendlərlə tanış ola, yerli və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi aparıb yeni biznes tərəfdaşlıqları qura bilərsiniz.

II Təchizat Zənciri Liderləri Zirvəsinə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

​​​​​​​