BİZNES

30 Oktyabr

Azərbaycanda dərman istehsalı 34,1% artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11,3 milyon manat dəyərində dərman istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon manat və ya 34,1% artım deməkdir.

  • 2024-cü ilin yanvar-sentyabr ayları: 8,4 milyon manat
  • Oktyabrın 1-i tarixinə hazır dərman ehtiyatı: 585,7 min manat

Bundan əlavə, cari ilin ilk 9 ayında Azərbaycanda 2,5 milyon ədəd tibbi maska istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon ədəd və ya 47,1% artım deməkdir.

Fuad Mədətov
Finss.az