BİZNES

30 Oktyabr

Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 970,6 milyon dollar olub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 970,6 milyon ABŞ dolları təşkil edib.

Finss.az Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,43% artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarətində 5,2% payla 6-cı yerdə qərarlaşıb.

  • Azərbaycanın Gürcüstana ixracı: 529,9 milyon dollar (-2,6%)
    • Gürcüstanın ixracında payı: 10,3% (4-cü yerdə)
  • Gürcüstanın Azərbaycana idxalı: 440,7 milyon dollar (+6,4%)
    • Gürcüstanın idxalında payı: 3,3% (7-ci yerdə)

Fuad Mədətov
Finss.az