2025-ci ilin üçüncü rübündə SOCAR tərəfindən 12 min metr qazma işləri aparılıb. Şirkətin öz yataqlarında və payçı olduğu sahələrdə 1,8 milyon ton neft və 1,94 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı isə illik müqayisədə 7,4% artaraq 13 milyard kubmetrə çatıb. Ümumilikdə, üçüncü rübdə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub.
Finss.az SOCAR-ın məlumatına əsasən xəbər verir ki, hesabat dövründə SOCAR xarici bazarlara 4,1 milyon ton neft ixrac edib. Buraya həm şirkətin öz çıxardığı neft, həm də beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin dövlət və SOCAR payları daxildir. Təbii qaz ixracı 6,3 milyard kubmetr, daxili istehlakı isə 2,4 milyard kubmetr olub. Qaz ixracında 8,7% artım müşahidə edilib.
Üçüncü rübdə SOCAR müəssisələrində 1,7 milyon ton neft və 760 milyon kubmetr qaz emal edilib. Bundan əlavə, 639,2 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara göndərilib ki, bu da illik müqayisədə ixracda 2,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
