BİZNES

28 Oktyabr

İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi 8,9 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard dollar və ya 19,1% çoxdur.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə İtaliya ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21,7%-ni təşkil edərək ölkənin ən böyük ticarət tərəfdaşı olub.

Ölkədən İtaliyaya ixrac 8,5 milyard dollar, İtaliyadan Azərbaycana idxal isə 374,2 milyon dollar olub. Beləliklə, İtaliya həm Azərbaycanın ən çox ixrac etdiyi, həm də idxal etdiyi ölkələr sırasında önəmli mövqe tutub.

Qeyd edək ki, yanvar–sentyabr aylarında Azərbaycan 173 ölkə ilə ümumi dəyəri 35,476 milyard dollar olan ticarət əməliyyatları həyata keçirib. Ümumi xarici ticarətdə ixrac 18,6 milyard dollar, idxal isə 16,8 milyard dollar təşkil edib; illik müqayisədə ixrac 6,3% azalıb, idxal isə 14,5% artıb.

Fuad Mədətov
Finss.az