2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar əməliyyatlara 6,4 milyon manat sərf olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 milyon manat və ya 2,6 dəfə çoxdur. Qeyd olunur ki, 2024-cü ilin ilk doqquz ayında daşınmaz əmlakla əlaqədar əməliyyatlara yalnız 2,5 milyon manat sərf olunub.
Ümumilikdə, yanvar–sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13,048 milyard manat investisiya yönəldilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% artım deməkdir. Sərmayələrin 6,648 milyard manatı məhsul istehsalı sahələrinə, 4,298 milyard manatı xidmət sahələrinə, 2,102 milyard manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 11,5% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyalar 7% artıb, bu da iqtisadiyyatın diversifikasiyası istiqamətində müsbət tendensiyanı göstərir.
Fuad Mədətov
Finss.az
