2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda sənaye məhsulunun istehsalı 47,3 milyard manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% azalıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri-neft-qaz sektorunda isə 4,8% artım müşahidə olunub.
Sənaye məhsulunun 60,9%-i mədənçıxarma, 32,7%-i emal, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6% azalarkən, əmtəəlik qaz hasilatı 2,8% artıb.
Emal sektorunda ən yüksək artım əczaçılıq məhsullarında (96,8%) və ağac məmulatlarının istehsalında (59,2%) qeydə alınıb.
Digər sahələrdə artım və azalmalar belə olub: toxuculuq sənayesi 27,6%, qida məhsulları 10,5%, rezin və plastik məmulatlar 9,7%, tütün məmulatları 9,5%, maşın və avadanlıqlar 6,5%, kimya sənayesi 5,6%, neft məhsulları 0,4%, içkilər 3,0%, tikinti materialları 6,3%, mebel 6,8%, metal məmulatları 8,7%, metallurgiya 11,7%, geyim 13,6%, elektrik avadanlıqları 14,4%, dəri məmulatları və ayaqqabılar 20,1%, poliqrafiya 22,3%, avtomobil və qoşqular 24,9%, kompüter, elektron və optik məhsullar 26,7%, kağız və karton 26,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 0,6%, su təchizatı və tullantıların emalında isə 2,8% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az
