2025-ci ilin yanvar–avqust aylarında Azərbaycandan Gürcüstana 169,5 milyon ABŞ dolları dəyərində 1,6 milyard kubmetr təbii qaz ixrac olunub.
Finns.az Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 62 milyon dollar və ya 1,6 dəfə, həcmi isə 922 milyon kubmetr və ya 2,5 dəfə artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycandan Gürcüstana təxminən 629,1 milyon kubmetr təbii qaz ixrac olunmuş və bunun ümumi dəyəri 107,2 milyon ABŞ dolları təşkil edib.
Cari ilin yanvar–avqust aylarında Azərbaycandan xaricə ümumilikdə 16,5 milyard kubmetr təbii qaz ixrac edilib və bunun dəyəri 6 milyard ABŞ dolları olub.
Fuad Mədətov
Finss.az
