2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan İran İslam Respublikasına 20,923 milyon kVt/saat elektrik enerjisi ixrac edilib və bu ixracdan 594 min ABŞ dolları gəlir əldə olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 80 min dollar və ya 11,9%, həcmi isə 2,830 milyon kVt/saat və ya 11,9% azalıb.
Eyni dövrdə İrandan Azərbaycana 21,795 milyon kVt/saat elektrik enerjisi idxal edilib ki, bu da 619 min ABŞ dolları gəlir gətirib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə idxalın dəyəri 27 min dollar və ya 4,2%, həcmi isə 951 min kVt/saat və ya 4,2% azalıb.
Yanvar-avqust aylarında Azərbaycandan ümumilikdə dörd ölkəyə — Rusiya, Gürcüstan, İran və Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat elektrik enerjisi ixrac olunub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,8 milyon dollar və ya 8,3%, həcmi baxımından 98,8 milyon kVt/saat və ya 10% azalma deməkdir.
Hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində 115,6 milyon kVt/saat elektrik enerjisi idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 26 min dollar və ya 0,5%, həcmi baxımından 7,6 milyon kVt/saat və ya 6,2% azalma deməkdir.
Fuad Mədətov
Finss.az