2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 21,799 milyard kVt/saat olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artım deməkdir.
Finss.az Energetika Nazirliyinin məlumatına əsaəsn xəbər verir ki, istilik elektrik stansiyaları 18,659 milyard kVt/saat, su elektrik stansiyaları 2,414 milyard kVt/saat enerji istehsal edib. Digər mənbələr üzrə isə ümumilikdə 724,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bunun 30,5 milyon kVt/saatı külək, 511 milyon kVt/saatı günəş, 183,3 milyon kVt/saatı isə bərk məişət tullantılarının yandırılması zavodunun payına düşür.
Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 3,139 milyard kVt/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 milyon kVt/saat çoxdur. “Azərenerji” ASC tərəfindən istehsal olunan elektrik enerjisinin həcmi 19,521 milyard kVt/saat olub, onun 17,071 milyard kVt/saatı İES-lərdə, 2,401 milyard kVt/saatı SES-lərdə, 49 milyon kVt/saatı isə günəş elektrik stansiyalarında istehsal edilib. “Azərişıq” ASC külək elektrik stansiyalarında 21,5 milyon kVt/saat enerji istehsal edib, müstəqil elektrik stansiyaları isə 2,256 milyard kVt/saat elektrik enerjisi istehsal edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 milyon kVt/saat, ixracı isə 989,6 milyon kVt/saat təşkil edib.
Fuad Mədətov
Finss.az