BİZNES

23 Oktyabr

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə həyata keçirilən beynəlxalq yükdaşımaların ümumi dəyəri 10,028 milyard ABŞ dolları, həcmi isə 4,7 milyon ton olub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 805 milyon dollar (8,7%), həcm baxımından isə 364 min ton (8,5%) artım göstərib.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə Azərbaycandan 1,8 milyard dollar dəyərində və 2 milyon ton həcmində yük ixrac olunub, bu isə dəyər baxımından 311 milyon dollar (20,7%), həcm baxımından isə 305 min ton (18%) artım deməkdir.

Eyni zamanda, avtomobil nəqliyyatı ilə Azərbaycana 8,2 milyard dollar dəyərində və 2,7 milyon ton həcmində yük idxal edilib, bu isə dəyər ifadəsində 494 milyon dollar (6,4%), həcm baxımından isə 61 min ton (2,3%) çoxdur.

Fuad Mədətov
Finss.az