BİZNES

23 Oktyabr

EssilorLuxottica 2025-ci ilin 3-cü rübündə rekord gəlir əldə etdi

Finss.az xəbər verir ki, dünyanın ən böyük optika istehsalçılarından biri olan EssilorLuxottica 2025-ci ilin üçüncü rübündə bazar gözləntilərini üstələyərək rekord gəlir əldə edib. Şirkət eynək bazarındakı satış artımı və brend məhsulların yüksək tələbatı sayəsində tarixinin ən yüksək rüblük nəticəsini açıqlayıb.

Məlumata görə, hesabat dövründə şirkətin gəliri bir il əvvəlki 6,44 milyard avrodan 6,87 milyard avroya yüksəlib ki, bu da 6,7%-lik artım deməkdir. Məzənnə dəyişikliyinə uyğun olaraq artım 11,7% təşkil edib.

EssilorLuxottica-nın baş direktoru Françesko Milleri bildirib ki, əldə olunan göstəricilər şirkətin qlobal bazarlarda sabit mövqeyini və innovasiyalara yönəlik strategiyasının effektivliyini nümayiş etdirir. O, həmçinin vurğulayıb ki, premium eynək seqmentində tələbatın artması və yeni texnoloji həllərin tətbiqi gəlirliliyin davamlı yüksəlməsinə zəmin yaradır.

EssilorLuxottica Ray-Ban, Oakley, Persol, Vogue Eyewear, Prada Eyewear kimi dünya brendlərini istehsal edir və optika sənayesində lider mövqeyini qorumaqda davam edir.