BİZNES

21 Oktyabr

Azərbaycanın neft ixracında Top-10 lider ölkə – SİYAHI

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan 8,9 milyard ABŞ dollarından çox dəyərdə 16,996 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, yanvar–avqust aylarında Azərbaycanın neft ixracında ilk üç yer:

  • İtaliya: 9,589 milyon ton, 4,993 milyard ABŞ dolları
  • Çexiya: 1,308 milyon ton, 701,4 milyon ABŞ dolları
  • Xorvatiya: 998,5 min ton, 537,8 milyon ABŞ dolları

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanın neft ixracının ən iri 10 alıcısı:

Ölkə İdxal həcmi (ton) İdxal məbləği (ABŞ dolları)
İtaliya 9 589 365,70 4 992 915 190
Çexiya 1 307 899,13 701 374 000
Xorvatiya 998 469,46 537 768 290
Almaniya 841 915,48 445 304 600
Rumıniya 778 615,54 429 334 050
Portuqaliya 714 269,12 385 076 010
Böyük Britaniya 514 926,69 237 052 390
Yunanıstan 500 730,69 268 492 930
İrlandiya 331 558,01 74 262 240
Niderland 223 330,70 126 482 410

Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç əsas boru kəməri vasitəsilə nəql olunur:

  • Bakı–Novorossiysk
  • Bakı–Supsa (hazırda dayandırılıb)
  • Bakı–Tbilisi–Ceyhan (BTC)

Bundan əlavə, neft dəmir yolu vasitəsilə Gürcüstanın Batumi və Kulevi terminallarına da ixrac edilir.

Fuad Mədətov
Finss.az