BİZNES

21 Oktyabr

Azərbaycanın mazut istehsalı 2,1 dəfə artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 57,6 min ton mazut istehsal olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 min ton və ya 2,1 dəfə çoxdur. 2024-cü ilin eyni dövründə cəmi 26,6 min ton mazut istehsal edilmişdi.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 1,2 min ton təşkil edib.

Ümumilikdə, neft məhsulları istehsalının həcmi 4,047 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artım deməkdir. Məhsul növləri üzrə dəyişikliklər aşağıdakı kimi qeydə alınıb:

  • Mazut istehsalı: 2,1 dəfə artım
  • Neft koksu: 8,5% artım
  • Qazoyl (dizel yanacağı): 6,2% artım
  • Kerosin: 5,3% artım
  • Neft bitumu: 9,9% azalma
  • Sürtkü yağları: 44,7% azalma

Fuad Mədətov
Finss.az