BİZNES

21 Oktyabr

Brent markalı neftin barreli 60,93 dollara düşüb.

Finss.az xəbər verir ki, çərşənbə axşamı günü neft qiymətləri qlobal təklif həddi ilə bağlı artan narahatlıqlar və ABŞ-Çin ticarət münaqişəsi nəticəsində tələbin azalması gözləntiləri fonunda enməyə davam edib.

Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:20-yə olan vəziyyətə görə, əvvəlki bağlanışdan 0,08 dollar (0,13%) azalaraq 60,93 dollar/barel təşkil edib. Bazar ertəsi bu kontraktlar 0,28 dollar (0,46%) azalaraq 61,01 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) dekabr ayı üçün WTI markalı neftin bir barelinin elektron ticarət əməliyyatları 0,08 dollar (0,14%) ucuzlaşaraq 56,94 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin qiyməti 0,13 dollar (0,23%) azalaraq 57,02 dollar/barel təşkil edib.