Finss.az - Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi ilə bağlı hazırlıq işləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-yə səfəri zamanı Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələr üzrə Müdirlərin görüşündə və onların şərəfinə təşkil olunan naharda iştirak edib.
Tədbir çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətlərin təmsilçiləri ilə dayanıqlı və inklüziv inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıq işləri və ümumi inkişaf məqsədləri üçün islam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.



