BİZNES

20 Oktyabr

İlk 9 ayda Çinin büdcə xərcləri 3,1%, gəlirləri isə 0,5% artıb.

Finss.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Çinin büdcə gəlirləri illik müqayisədə 0,5% artaraq 16,39 trilyon yuana (2,31 trilyon dollar) çatıb.

Mərkəzi büdcənin gəlirləri təxminən 7,08 trilyon yuan, yerli büdcənin gəlirləri isə 9,3 trilyon yuan təşkil edib. Birincisi 1,2% azalıb, ikincisi isə 1,8% artıb.

Xinhua Xəbər Agentliyinin məlumatına görə, vergi gəlirləri 0,7% artaraq 13,27 trilyon yuana, digər gəlirlər isə 0,4% azalıb.

İlk doqquz ayda büdcə xərcləri illik müqayisədə 3,1% artaraq 20,8 trilyon yuana çatıb.