BİZNES

17 Oktyabr

Azərbaycanda pərakəndə ticarət və xidmətlər 5%-ə yaxın artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçıların tələbatını ödəmək məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 59 milyard manat olub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9% artım deməkdir.

Ümumi dövriyyənin 78,7%-i pərakəndə ticarət, 17,9%-i əhaliyə göstərilmiş ödənişli xidmətlər, 3,4%-i isə ictimai iaşə sektoruna aiddir.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 56,6 milyard manat olub ki, bunun da 44,2%-i fərdi sahibkarların payına düşür.

Fuad Mədətov
Finss.az