BİZNES

17 Oktyabr

Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 153,181 milyon manat təşkil edib.

Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artım deməkdir.

Ölkə üzrə isə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10,56 milyard manat olub ki, bu da real ifadədə 9,1% artım göstərir. Xidmətlərin 75,2%-i (7,943 milyard manat) hüquqi şəxslər tərəfindən göstərilib.

Fuad Mədətov
Finss.az