2025-ci ilin yanvar–sentyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 17,136 milyard kubmetr qaz nəql edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 332,8 milyon kubmetr və ya 2% artım deməkdir.
Ümumilikdə, hər növ magistral qaz kəmərləri ilə 29,825 milyard kubmetr qaz ötürülüb, bu da 2024-cü ilin yanvar–sentyabr göstəricisinə nisbətən 0,9% artım deməkdir. Qazın 57,5%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə ötürülüb.
Fuad Mədətov
Finss.az