BİZNES

16 Oktyabr

Azərbaycandan İtaliyaya qaz ixracının dəyəri 18,8% artıb

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycandan İtaliyaya 6,2 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edilib, dəyəri 3,1 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumataına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində 495,6 milyon dollar və ya 18,8% artıb, həcm baxımından isə 405,7 milyon kubmetr və ya 6,1% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycan İtaliyaya təxminən 2,6 milyard dollar dəyərində, 6,7 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Fuad Mədətov
Finss.az