Bu ilin yanvar-avqust aylarında Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsi 10,1 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Hesabat dövründə Tacikistanla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət əməliyyatlarının 0,03%-i həcmində olub. Azərbaycandan Tacikistana ixrac 9,3 milyon dollar, Tacikistandan idxal isə 761 min dollar dəyərində qeydə alınıb. Bu, müvafiq olaraq 2,7 dəfə və 37,6% artım deməkdir.
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 32,118 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur. İxrac 17,065 milyard dollar, idxal isə 15,053 milyard dollar səviyyəsində olub. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac 6,4% azalaraq 1,166 milyard dollar düşüb, idxal isə 17,9% artaraq 2,290 milyard dollar olub.
Nəticədə xarici ticarətdə yaranan müsbət saldo 2,013 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 2,7 dəfə azdır.
Fuad Mədətov
Finss.az